USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan elektrikli avtomobillərə yeni investisiya

18.04.2023 İqtisadiyyat
39 21
Ağ Evdən verilən açıqlamada, ABŞ prezidenti Co Baydenin 2030-cu ilə qədər bütün yeni avtomobil satışlarının 50 faizini elektrikləşdirməyi hədəflədiyi bildirilib.

Kommersant.az xəbər verir ki, açıqlamada ABŞ-ın elektrikli avtomobillərə keçidini dəstəkləmək üçün yeni özəl və dövlət sektoru investisiyaları paylaşılıb və bu investisiyaların Baydenin yerli istehsalı təşviq etmək, təchizat zəncirlərini gücləndirmək, ölkənin rəqabət qabiliyyətini artırmaq və iş yerləri yaratmaq məqsədinin də bir hissəsi olduğu ifadə edilib.

Açıqlamada, Baydenin vəzifəyə gəldiyi gündən bəri ölkədə elektrikli avtomobil satışlarının artıq üç dəfə artdığı və ictimai şarj stansiyalarının sayının yüzdə 40-dan çox artdığı vurğulanaraq, 3 milyondan çox elektrikli avtomobilin yolda olduğuna diqqət çəkilib.