USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"TruthGPT gəlir" - İlon Mask

18.04.2023 İqtisadiyyat
32 10
SpaceX, Tesla və Twitter şirkətlərinin baş direktoru, məşhur milyarder İlon Mask Microsoft və Google-un təklif etdiyi süni intellektə rəqiblər gətirəcəyini açıqlayıb.

Kommersant.az xəbər verir ki, Maskın TruthGPT adlandırdığı süni intellekt Microsoft tərəfindən dəstəklənən ChatGPT və Google-un Bard süni intellektinə rəqib olmağı hədəfləyəcək:

"Mən TruthGPT adlandırdığım bir şeyi və ya kainatın təbiətini hiss etməyə çalışan maksimum dəqiqliyi axtaran süni intellekti işə salacağam".

Elon Musk verdiyi açıqlamada, TruthGPT-nin "kainatı anlamaqla maraqlanan süni intellektin insanları məhv etmə ehtimalının az olması mənasında təhlükəsizliyə aparan ən yaxşı yol ola bilər, çünki biz kainatın maraqlı bir hissəsiyik" dedi.

Qeyd edək ki, ötən həftə Maskın baş ofisi Nevada ştatında yerləşən X.AI adlı süni intellekt şirkəti qurduğu ortaya çıxdı. Həmçinin bildirildi ki, Mask aylar əvvəl ChatGPT-yə alternativ hazırlamaq üçün süni intellekt tədqiqatçılarına müraciət edib.

  • Əvvəlki

    Prezident İlham Əliyev Salyanda “ASAN xidmət” Mərkəzinin açılışını etdi

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0
01.05.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
01.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0