USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran işlənmiş avtomobilləri idxal etməyə hazırlaşır

20.04.2023 İqtisadiyyat
7 31
İranda avtomobil tədarükü tələbatı ödəmədiyindən hökumətin ikinci əl avtomobillərin idxalı ilə bağlı hazırladığı təcili qanun layihəsi kabinetdə təsdiqlənib.

Kommersant.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, sənaye, mədən və ticarət naziri Rıza Fatemi Emin Nazirlər Kabinetinin iclasından sonra ikinci əl avtomobil idxalına dair qanun layihəsi haqqında məlumat verib.

Avtomobil bazarında tələbin təklifi aşması ilə bağlı problemlərin olduğunu deyən Emin, “Ötən il və cari ildə istehsal baxımından yaxşı kurs olsa da, insanlar inflyasiyadan aktivlərini qorumaq üçün avtomobil aldılar. Bununla da spekulyativ saxta tələb kəsirləri səbəbiylə həddindən artıq tələbat səbəbiylə avtomobil bazarında çaşqınlıq yaşandı" dedi.

İranlı nazir deyib: "Avtomobil bazarındakı gərginliyin tez həlli avtomobil idxalına üstünlük verilməsidir. Bu məqsədlə hökumət ikinci əl avtomobillərin idxalı ilə bağlı təcili qanun layihəsini təsdiqləyib və bu qanun layihəsi gündəmə gətiriləcək. Ümid edirəm ki, tez bir zamanda parlamentdə təsdiqlənəcək. Tələb-təklif arasındakı uçurum aradan qalxana qədər bu tətbiq ediləcək”.

Xatırladaq ki, İran hökuməti "İran Khodro" və "Saipa" kimi yerli avtomobil istehsalçılarını dəstəkləməklə, avtomobil idxalına sərt qaydalar və ağır vergilər tətbiq edir. Yüz minlərlə insanı işlə təmin edən və ölkənin ən mühüm sektorlarından biri sayılan İran avtomobil sənayesi 2018-ci ildən ABŞ-ın birtərəfli sanksiyaları altında fəaliyyət göstərir.

  • Əvvəlki

    İngiltərədə ərzaq qiymətlərində son 45 ildə kəskin artım

Digər xəbərlər