USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Qara dənizdə yeni neft və qaz yataqlarının kəşfini gözləyir

20.04.2023 İqtisadiyyat
27 7
Türkiyənin energetika naziri Dönməz Qara dənizdə neft və qaz yataqlarının kəşfini gözlədiklərini bildirib.

Kommersant.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz TRT Haber telekanalına açıqlamasında Qara dənizdə yeni qaz və neft yataqlarının kəşfini gözlədiyini, bunun üçün potensialın olduğunu bildirib.

2020-ci ildə Qara dənizdə Türkiyə sahillərində qaz yatağı aşkar edilib və onun həcmi 540 milyard kubmetr qiymətləndirilir. Daha sonra prezident Rəcəb Tayyib Ərdoğan onu ölkənin ən böyüyü adlandırıb. O, həmçinin həcmi 58 milyard kubmetr olan daha bir yatağın kəşf edildiyini və onun sözlərinə görə, Qara dəniz qazının ümumi ehtiyatlarının 710 milyard kubmetrə çatdığını və beynəlxalq bazarlarda 1 trilyon dollara başa gəldiyini açıqlayıb.

Parlamentdə çıxış edən Ərdoğan bildirib ki, Türkiyənin Qara dəniz şelfində hasil etdiyi qaz aprelin 20-də milli paylama sisteminə axmağa başlayacaq.

  • Əvvəlki

    Birinci rübdə Teslanın gəliri artıb, xalis mənfəəti isə azalıb

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0