USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azad olunmuş ərazilərə investisiya qoyun! - Nazirdən çağırış

25.04.2023 İqtisadiyyat
29 0
Sahibkarları işğaldan azad olunmuş ərazilərin bərpasına və tikintisinə investisiya qoymağa çağırırıq.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqəlidir. Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiqlənib, təməl infrastrukturun yaradılması üzrə işlər tam sürətlə davam edir.

Nazir hökumətin investorlara və sahibkarlara lazımı dəstəyi göstərdiyini vurğulayıb.

O qeyd edib ki, Araz Vadisi İqtisadi Zonasında və Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli şərait yaradılıb. Bu tədbirlər işğaldan azad olunmuş ərazilərdə investisiyaların cəlbinə, sahibkarlığın inkişafına xidmət edəcək.

"Bütün bunlar bir daha göstərir ki, dövlət daima sahibkarların yanındadır və biz nəticəyönümlü tədbirlərin, təsirli dəstək və təşviq mexanizmlərinin köməyilə özəl sektorun dayanıqlı və etibarlı inkişafına nail oluruq", - M.Cabbarov deyib.

  • Əvvəlki

    Fəzail İbrahimlidən Vahid Əhmədova: “Mandatını qoy, çıx, get!”

Digər xəbərlər