USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mercedes Rusiya bazarından çəkilib

26.04.2023 İqtisadiyyat
25 7
Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz”in Rusiya-Ukrayna müharibəsinin başlamasından 14 ay sonra Rusiya bazarından tamamilə çıxdığını bildirib.

Kommersant.az xəbər verir ki, Almaniya Xəbər Agentliyinin (DPA) məlumatına görə, alman şirkətinin Rusiyadakı bütün aktivlərinin Rusiyanın Avtodom şirkətinə satışı başa çatıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Mercedes 2022-ci ilin martında Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.

Rusiyada Renault və Nissan şirkətlərinin aktivləri əvvəllər Rusiya hökumətinə verilib.