USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Təyyarə biletlərinin bahalığı, quru sərhədlərinin açılmaması, xidmətin zəif olması turizmi ləngidir" - ŞƏRH

26.04.2023 İqtisadiyyat
0 1
“Türkiyə dünyada turizm sahəsində həm xidmət səviyyəsi, həm də qiymətlərinin ucuzluğu ilə aparıcı ölkələrdən biridir. Bu ölkə ilə rəqabət aparmaq üçün uyğun şərait və şərtlər yaradılmalıdır”.

Kommersant.az xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli turizm mövsümünün başlanması və Rusiya və Ukraynadan olan turistləri ölkəyə daha çox necə cəlb etmək olar sualına cavab olaraq bildirib.

İqtisadçı qeyd edib ki, biz doğru turizm siyasəti qursaq, Türkiyəyə səfər edən Rusiyadan, Ukraynadan olan turistlərin bir qismini ölkəmizə cəlb edə bilərik:

“Bu halda biz həmin turistləri ölkəyə cəlb edə bilərik. Lakin indiki halda hesab etmirəm ki, bizim ölkə Türkiyəyə səfər edən turistlər üçün bir o qədər də cəlbedici olsun”.

Eyyub Kərimli bildirib ki, bizdə turizm xidmət sektoru Türkiyədəkini əvəz edə bilməz, bizim turizm sektoru bu istiqamətdə hələ çox inkişaf etməlidir. Lakin bu turistlərin də ölkəyə cəlb edilməsində müəyyən maneələr var:

“Məsələn, təyyarə biletlərinin baha olması, quru sərhədlərinin bağlı olması, bu sahədə xidmətin zəif olması və s. Sözsüz ki, sadaladığım bu məsələlər də bu sahəyə problem yaradır. Hesab edirəm ki, ilk öncə bu sahədə müəyyən işlər aparılmalıdır ki, biz bu ölkələrdən turistləri cəlb edə bilək”.

  • Əvvəlki

    “TuranBank”ın depozit portfeli artıb

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0