USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Rusiyanın qaz şantajından qurtulmaq üçün hansı addımları atacaq?

26.04.2023 İqtisadiyyat
15 1
“Ukrayna-Rusiya müharibəsindən öncə Avropa ölkələri Rusiyadan 170-180 milyard kubmetr qaz alırdı. Azərbaycan qazı həm də alternativ qaz mənbələrindən biridir. Amma tam Rusiyanın qazını əvəz edəcək həcmdə deyil”.

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli Avropanın Azərbaycan qazına marağının artmasının Rusiyaya təsirlərindən danışarkən deyib.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycan ən yaxşı halda Avropaya hələlik 10 milyard kubmetr qaz satır:

“2028-ci ildə isə bu qazın həcmini 20 milyard kubmetrə qədər çıxartmaq potensialımız var. Yəni, bu həcm Rusiyanın satdığı qazın 10 faizi civarındadır. Ona görə də bu tam rus qazını əvəz edəcək bir layihə deyil, amma alternativ qaz mənbəyi olaraq Avropa üçün çox önəmlidir. Çünki Cənubi və Şərqi Avropa ölkələrinin bir çoxu Rusiya qazından çox asılı idi. Bəzi ölkələrin asılılığı hətta 95 faiz idi. İndi onlar daha az qaz istehlak edirlər. Lakin bir qrup ölkələr üçün, Bolqarıstan, Çexiya, Slovakiya, Balkan ölkələrində istehlak həcmi artıb. Ona görə də bu ölkələrə Azərbaycan qazı həyatı əhəmiyyətə malikdir. Bu, Rusiyadan gələn qazdan imtina üçün kifayət edə bilər”.

Qərb bu situasiyada Rusiyanın qaz şantajından qurtarmaq üçün hansı addımlar ata bilər sualına cavab olaraq Natiq Cəfərli qeyd edib ki, Rusiyanın qaz ixracı bu il fantastik dərəcədə düşüb. 2022-ci ilin iyulundan 2023-cü ilin birinci rübünə qədər Rusiya qazının Avropaya nəqli 4-5 dəfə azalıb.

“Avropa Rusiyadan asılılığı azaltmağa çalışır, buna da ən böyük alternativ kimi isə Amerikadan gələn sıxılmış qazdı. Hələlik 25-30 milyard kubmetr qaz tədarük olunur, bunun 80 milyarda çatdırılması gözlənilir. Digər tərəfdən həm Qətər, həm də körfəz ölkələri Avropaya qaz tədarükünü artırıb. Yəni, əsas mənbələr körfəz ölkələri, Amerika və müəyyən qədər Azərbaycandır”.

  • Əvvəlki

    "Təyyarə biletlərinin bahalığı, quru sərhədlərinin açılmaması, xidmətin zəif olması turizmi ləngidir" - ŞƏRH

Digər xəbərlər