USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden: ABŞ defolt etsə, dünya problemlə üzləşəcək

12.05.2023 İqtisadiyyat
18 12
ABŞ prezidenti Co Bayden borc limitinin artırılması ilə bağlı Konqres liderləri ilə keçirdiyi kritik görüşdən əvvəl “kəpənək effekti” barədə xəbərdarlıq edib: “Dünya liderləri ABŞ-da defolt riskindən də narahatdırlar”.

Kommersant.az xəbər verir ki, iqtisadi dünyanın gözü ABŞ prezidenti Co Baydenin Konqres liderləri ilə keçirəcəyi ikinci “borc limiti” sammitində olacaq. Bayden bunun "məhsuldar olduğunu" desə də, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti "İrəliləyiş yoxdur" açıqlamasını verib.

Bugünkü sammitdən əvvəl Bayden Nyu-Yorkda iştirak etdiyi proqramda dünya liderlərinin də ABŞ-dakı defolt riski ilə maraqlandıqlarını bildirib və əlavə edib: “Çünki biz defolt etsək, bütün dünya problemlə üzləşəcək”.

Borc limiti böhranını "istehsal böhranı" olaraq xarakterizə edən Bayden, ABŞ-ın dünyanın ən güclü iqtisadiyyatı olduğunu və "hesabları" ödəyə biləcəyinə heç bir şübhə olmadığını söylədi.

  • Əvvəlki

    Google elan etdi: Süni intellekt bizim gündəmimizdir

Digər xəbərlər