USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tahir Kərimli “Azərişıq” ASC-nin borcunun silinməsindən danışdı

12.05.2023 İqtisadiyyat
4 27
““Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə olan borcundan 170 milyon 500 min manatının silinməsi barədə məlumatım budur ki, bu həm abonentlərə, həm “Azərenerji”, Maliyyə Nazirliyinə kredit borclarının cəmidir. Hökumət bu borcu silib. “Azərişıq” ASC-nin fəaliyyətinə Azərbaycan hökuməti nəzarət edir. Bununla bağlı xüsusi auditorların rəyi olub. Əvvələr də borcun silinməsi məsələləri var idi. Sözün açığı, “Azərişıq”da fiziki, yaxud hüquqi şəxslərin borclarının silinməsini müsbət hesab edirəm. Çünki bu, abonentlərin borclarını ödəmələrinə köməkdir, bununla onlar dövlətə borclu qalmırlar. Amma digər məsələ o qədər həsassdır ki, gərək, mütəxəssis rəyi ola. Borcun silinməsi, doğrudan da, işin xeyrinədirsə, dövlətin buna imkanları varsa, borcu silibsə, bunu müsbət qiymətləndirmək lazımdır. Əslində, bunu “Azərişıq” ASC-nin uğuru hesab etmək olar. Çünki “Azərişıq” 170 milyon 500 min manat borcun silinməsinə nail olubsa, bu, çox böyük nailiyyətdir. Bilirsiniz ki, bunlar dövlət büdcəsindən maliyyələşən təşkilatlardır. Eyni zamanda müəyyən məsələlərlə bağlı dövlətdən kredit götürürlər. Hər halda audit rəyində hansısa qanun pozuntusu barədə heç nə qeyd olunmayıb. Buna görə də rəsmi şəkildə hansısa ittiham irəli sürmək çox çətindir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

““Azərişıq”, yaxud “Azərenerji”yə hansısa irad tutmaq hüquqi baxımdan yersiz görünər. Çünki kredit borcunu verən də, silən də dövlətdir. Hər bir təşkilat arzulayır ki, borcları silinsin. Həmişə bunun üçün mübarizə aparırlar. Borcun silinməsi vətəndaşların xeyrinədirsə, bunu alqışlayır, müsbət qiymətləndirirəm. Amma çalışmaq lazımdır ki, təşkilatlar heç vaxt bu qədər kredit borcuna girməsinlər, çünki ödəmək çətin olur, üst-üstə toplanır. Gücləri çatan qədər borc götürsünlər. İndi Azərbaycanda təbii qazla yanaşı “Azərenerji” və işıq perspektivləri çox güclüdür. Artıq həm yanacaqla, həm təbii resurslarla, günəş-küləklə işləyən elektrostansiyalar qurulur. Hətta artıq hissə enerji xaricə satılacaq. Yəni bu sahədə müəyyən rentabellik yaranır. Hesab edirəm, gələcəkdə bu sahədə işləyən Azərbaycan vətəndaşları qazanacaqlar, əməkhaqqı alıb işləyəcəklər, həm də ödənilən puldan yanacağa qənaət olunacaq. Azərbaycanın xeyrinə istifadə ediləcək, həyat şəraiti yaxşılaşacaq. Doğrudan da, bu sahədə Səudiyyə Ərəbistanı, digər dövlətlərin bizə maraqları güclüdür. Azərbaycanın iştirakı olmadan özləri investisiya qoyurlar, bizim üçün enerjiyaratma mənbələri yaradırlar. Təbii ki, “Azərişıq” həmin təşkilatlarla müqavilə, yaxud dövlət bölgüsü əsasında fəaliyyət göstərib, öz Əsasnaməsində nəzərdə tutulan abonentlərin yüksək keyfiyyətli enerji ilə təmin edilməsi ilə məşğul ola bilər. Buna inanmaq istərdim”, - deputat bildirib.