USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ artım və inflyasiya gözləntilərini artırır

15.05.2023 İqtisadiyyat
71 4
Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Bahar” hesabatı dərc olunub. Avrozonada iqtisadi artım və inflyasiya gözləntiləri artırdı. Hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 1 faiz, 2024-cü ildə 1,7 faiz, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 1,1 faiz, 2024-cü ildə isə 1,6 faiz artacağı proqnozlaşdırılır.

Kommersant.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Avrozonada iqtisadi artım və inflyasiya ilə bağlı gözləntilərini artırıb.

Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Bahar” hesabatı dərc olunub.

Hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 1 faiz, 2024-cü ildə 1,7 faiz, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 1,1 faiz, 2024-cü ildə isə 1,6 faiz artacağı proqnozlaşdırılır. Aİ Komissiyasının əvvəlki “Qış” hesabatında 2023-cü ildə Aİ-nin 0,8 faiz, Avrozonanın isə 0,9 faiz artacağı proqnozlaşdırılırdı.

Son hesabatla Aİ və Avro Bölgəsinin bu il artım gözləntiləri 0,2 faiz yuxarıya doğru yenidən nəzərdən keçirilib.