USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taksi fəaliyyəti ilə bağlı hazırlanan qanun - Detallar necə olmalıdır?

26.05.2023 İqtisadiyyat
16 10
“Dövlət qurumları tərəfindən taksi fəaliyyəti ilə bağlı mexanizmin hazırlanması ilə bağlı artıq bizdə məlumat var”.

Kommersant.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa taksi fəaliyyəti ilə bağlı hazırlanan qanun haqqında danışarkən deyib.

Ekspert qeyd edir ki, bu sahə geniş kütləni əhatə etdiyindən, qanun hazırlanan zaman yaxşı olar ki, müzakirələr aparılsın, bu sahə ilə məşğul olan mütəxxəssislərin fikirləri öyrənilsin:

“Bunlar vacib şərtlərdəndir, nəzərə alınaraq qanun hazırlanmalıdır”.

Yasin Mustafa qeyd edir ki, bu sahə xaotik şəkildə idarə olunur, daha doğrusu idarə olunmur:

“Bu xaotik vəziyyəti həll etmək üçün qanun layihəsinin hazırlanması mütləqdir. Hazırda taksi kimi fəaliyyət göstərən insanlar fərqlənmə nişanı əldə etməklə işləyirlər. Bu da onlayn şəkildə alınır. Yaxşı olar ki, sürücülərə nəzarət olunsun, sürücülük qabiliyyəti, mədəniyyəti necədir, avtomobilin texniki vəziyyəti və s. yoxlansın. İndi heç bir qurum bu işlə məşğul olmur. Ona görə də bu sahədə ciddi narazılıq var. Qanun layihəsində bunların hamısı nəzərə alınmalıdır. Amma bütün bunların hamısını müəyyən çərçivəyə salmaqla bərabər, qiymət artımına gedilməməlidir. Nə qədər sıxma, nəzarət mexanizmi çox olarsa, bir o qədər çətinlik olar. Nə qədər çətinlik olsa, o qədər də qiymət artımı müşahidə ediləcək".

Ekspert düşünür ki, taksi fəaliyyəti ilə məşğul olan sürücüləri mükafatlandırma və yaxud cəzalandırma prinsipi ilə bu işləri tənzimləmək məqsədəuyğun olardı:

“Çünki hər kəs yol verdiyi neqativ halın cəza olaraq qarşısına çıxacağını görməli və yaxud da yaxşı sürücü olduğu halda ona mükafatın veriləcəyini bilməlidir”.

Həmsöhbətimiz qeyd edir ki, bu xidmətin bir mərkəzdə birləşdirilməsi yox, bir mərkəzdən nəzarət həyata keçirilməsi daha yaxşıdır:

"Bu qanun layihəsində bəzi məsələlərə nəzarət etmək lazımdır. Məsələn, digər ölkələrdə olduğu kimi, taksilər vahid rəngdə olmalıdır. Vətəndaş taksi ehtiyacı duyduğunda onu vizual şəkildə görməlidir. Həmçinin avtomobillərin texniki vəziyyətinə ciddi nəzarət edilməlidir. Avtomobilin ümumi təmizliyinə fikir verilməli, sürücülərin davranışlarına nəzarət edilməldir. Məsələn, elə sürücülər olur ki, sərnişinlərin yanında siqaret çəkir. Bunlara da hər hansı təsir mexanizmi mütləq şəkildə olmalıdır ki, onlar neqativ hallardan çəkinsinlər”.

Ekspert bu sahəyə dırnaqarası yanaşmanın düzgün olmadığını bildirir:

“Bəzi insnalar var ki, bir neçə işlə məşğuldurlar, ən axırıncı isə taksi fəaliyyəti ilə məşğul olurlar. Bu sahə kifayət qədər ciddi xidmət və insanlara qazanc gətirən sahədir. Ona görə də bu sahəyə ciddi şəkildə nəzarət etmək, bu işlə məşğul olmaq istəyən insanları müəyyən edib daha sonra icazə vermək lazımdır. İnsanların taksiyə ikinci iş kimi baxmasına yol vermək olmaz. Bu həmin işə qeyri-ciddi yanaşma deməkdir".

  • Əvvəlki

    Dövlət başçısından - FƏRMAN

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
Apple M4 prosessorunu təqdim etdi
0 0
07.05.2024 İqtisadiyyat
Polşada "Avro"nun qiymətləndirilməsi
0 0
07.05.2024 İqtisadiyyat
Britaniya Müdafiə Nazirliyinə kiberhücum
0 0
07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0