USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir müavini inflyasiya ilə bağlı məsələyə aydınlıq gətirdi

07.06.2023 İqtisadiyyat
16 5
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır.

Kommersant.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə alınmaqla, bu rəqəm proqnozlaşdırılır.

“İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. AMB tərəfindən bu il üçün 8,9 % səviyyəsində inflyasiya göstəricisi proqnozlaşdırılır. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur", - deyə nazir müavini əlavə edib.

  • Əvvəlki

    Dövlət Komitəsi jurnalistlər arasında yazı müsabiqəsi - ELAN ETDİ

Digər xəbərlər