USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uşaqpulu yoxsa sosial yardım - İqtisadçı açıqlayır

14.06.2023 İqtisadiyyat
5 0
“Əslində bunla bağlı mənim mövqeyim bir qədər qeyri populyardır. Ümumiyyətlə, Azərbaycanda uşaqlara uşaqpulu verilməsinin tərəfdarı deyiləm”.

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Xalid Kərimli “Azərbaycanda uşaqlara uşaq pulu verilməlidirmi”sualına cavab verərkən səsləndirirb.

İqtisadçı düşünür ki, daha çox kasıb ailələrə, sosial cəhətdən zəif təbəqə hesab olunan ailələrə diqqət edilməlidir.

“Onlara daha çox yardım edilməlidir. Çünki uşaqlar var, ailədə də, kasıb ailədə də var. Birdən-birə bütün uşaqları stimullaşdırmaq üçün ailələrə pul verilməsə doğru deyil. Pul kasıb ailələrə verilməlidir”

Xalid Kərimli düşünürür ki, uşağa görə pul verilməsi fikri yalnışdır:

“Böyüyün də imkanı yoxdursa, böyüyə də yardım edilməlidir. Yəni ona görə də kasıb ailələrə yardım olunmalıdır”.

Ekspert qeyd edir ki, o ölkələrdə uşaqpulu verilir ki, orda ölənlərin sayı doğulanların sayından çoxdur:
“Yəni əhalinin demoqrafik strukturunda azalma baş verir. İkincisi, əhalinin yaşlı təbəqəsi cavan təbəqəsindən çoxdur. Əmək bazarında məşğulluq problemləri var. O ölkələr uşaqların stimullaşdırmağa çalışır. Amma Azərbaycanda bu problem olmadığına görə uşaq pulu haqqında danışmaq daha çox populist adamların, bir də bu problemlərin içərisində olmayan adamların çağırışıdır. İndi daha çox, sosial cəhətdən zəif ailələrə vətəndaşlara sosial yardımların daha effektiv şəkildə verilməsi və bunun artırılması haqqında danışmalıyıq”.

  • Əvvəlki

    İyunun 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına yeni qaydada icazə veriləcək

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0