USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ vergi qaydalarını dəyişir

20.06.2023 İqtisadiyyat
19 4
Avropa İttifaqı (Aİ) sərmayələri artırmaq və kapital bazarını yaxşılaşdırmaq üçün vergi tutulması sistemini dəyişməyə hazırlaşır.

Avropa İttifaqı (Aİ) Komissiyası, vergi tutma prosedurlarını daha effektiv və təhlükəsiz etmək üçün hazırladığı yeni qaydaları ehtiva edən tənzimləmə təklifini açıqladı.

Müvafiq olaraq, AB rəqəmsal vergi idarəsinin birgə sertifikatı hazırlanacaq. Bu sertifikatla vergi tutmalarının azaldılması əməliyyatları daha sürətli və səmərəli həyata keçiriləcək.

Bir neçə Aİ ölkəsində investisiya portfeli olan şəxslər eyni təqvim ili ərzində bir neçə gəliri geri almaq üçün yalnız bir rəqəmsal vergi rezidentliyi sertifikatından istifadə edəcəklər.

Aİ ölkələri arasında fərqli olan vergi tutma prosedurları standartlaşdırılacaq. Üzv ölkələr iki vergi tutma sistemi arasında seçim edəcəklər.

Hazırda Aİ ölkələrində vergi tutulması prosedurları əhəmiyyətli dərəcədə fərqlənir. Geri qaytarma prosedurları uzun və baha başa gələn bir proses olduğundan investorları tez-tez çəkindirir. Yeni qaydaların üzv dövlətlərin təsdiqindən sonra 2027-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.