USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

10 milyon nəfərə bir az da yaxınlaşdıq - STATİSTİKA

14.07.2018 İqtisadiyyat
0 0
Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 31428 nəfər və ya 0,3 faiz artaraq 2018-ci il iyun ayının 1-i vəziyyətinə 9 milyon 929 min 513 nəfərə çatmışdır.

"Kommersant" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olmuşdur. Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil etmişdir. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.

Cari ilin yanvar-may aylarında ölkədə 25277 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil etmişdir. 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah və 6177 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olmuşdur. Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1605 nəfər Azərbaycana gələn, 553 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1052 nəfər təşkil etmişdir.

  • Əvvəlki

    Azərbaycanda son 1 ildə boşananların sayı 0,5% azalıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0