USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Wirecard işində iki həbs müddəti

20.06.2023 İqtisadiyyat
18 6
Almaniya tarixinin ən böyük maliyyə qalmaqallarından birinə imza atan Wirecard ödəniş şirkətinin keçmiş rəhbərləri həbsə məhkum edilib.

Almaniyanın ən böyük maliyyə qalmaqalı kimi tarixə düşən Wirecard məsələsində Sinqapurda şirkətin iki keçmiş idarəçisi James Wardhana və Chai Ai Lim şirkət vəsaitlərini sui-istifadə etdikləri üçün həbs cəzasına məhkum edilib.

Wirecard AG-nin keçmiş baş maliyyə meneceri James Wardhana 21 ay, Chai Ai Lim isə 10 ay müddətinə azadlıqdan məhrum edilib.

24 milyard avroluq şirkət iflas etdi

Vaxtilə 24 milyard avro dəyərində Avropanın ən uğurlu texnologiya şirkətlərindən biri olan ödəniş şirkəti Wirecard, rəhbərliyinin investorları və kreditorları aldatmaq üçün balansında külli miqdarda uydurma gəlir göstərdikdən sonra 2020-ci ilin iyun ayında müflis olub.

  • Əvvəlki

    Ərdoğanın minimum əmək haqqı açıqlaması - MƏBLƏĞ

Digər xəbərlər