USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyanın dövlət borcu ÜDM-dən çoxdur

21.06.2023 İqtisadiyyat
12 51
Böyük Britaniyanın dövlət borcu 62 ildən sonra ilk dəfə olaraq ümumi daxili məhsulu ötüb.

May ayında dövlət sektorunun borclanması iki dəfə artdıqdan sonra Böyük Britaniyanın borcu 1961-ci ildən bəri ilk dəfə olaraq ümumi daxili məhsulun 100 faizindən yuxarı qalxıb.

Böyük Britaniyanın Milli Statistika İdarəsi verdiyi açıqlamada, xalis dövlət borcunun ötən ay ÜDM-in 100,1 faizinə çatdığını və 1961-ci ilin martından bəri ilk dəfə olaraq 100 faizi keçdiyini bildirib.

Artım, dövlət sektorunun xalis borclanmasının may ayında 20 milyard funt-sterlinqə çatmasından sonra baş verir ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 10,7 milyard funt-sterlinq çoxdur.

Bu rəqəm, aylıq qeydlərin tutulmağa başladığı 1993-cü ildən bəri may ayında ikinci ən yüksək borclanma rəqəmi idi. Reuters-in sorğusuna qatılan iqtisadçılar bunun 19,5 milyard funt sterlinq olacağını gözləyirdilər.

  • Əvvəlki

    Elon Musk: Yerli hökumətlərin qanunlarına əməl etmədiyi təqdirdə Twitter bağlanacaq

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0