USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Napoleon Hall”da nöqsanlar aşkarlandı

24.06.2023 İqtisadiyyat
23 9
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, K.Setkin küçəsi, 4081-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Kazımov Şahin Şakir oğluna məxsus “Napoleon Hall” ictimai iaşə müəssisəsində keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Agentlikdən verilən məlumata görə, xammalların qəbulu və saxlanması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub.

Döşəmə, divar və tavanların hamar, təmirli, asan təmizlənən və müntəzəm dezinfeksiya işlərinin aparılmasını təmin edən materialla üzlənmədiyi, o cümlədən tamlığının pozulduğu, işçi masaların və yuma sahəsindəki rəflərin asan yuyulabilən və gigiyenik səthə malik olmadığı, yuma çanağının korroziyaya uğradığı, əsas və yardımçı sahələrdə havalandırma sisteminin quraşdırılmadığı, çirkab su borularının izolyasiya edilmədiyi, soyuq və isti yeməklərin hazırlanması sahələrinin ayrılmadığı, manqalın isti və soyuq yeməklərin hazırlanması sahəsində yerləşdirildiyi, işçi heyət üçün fərdi dolablarla təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

  • Əvvəlki

    Rusiya gecə saatlarında Ukraynaya intensiv hücumlar həyata keçirib

Digər xəbərlər