USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

'Wise" "Türkiyədən çəkilir' iddialarını təkzib edir

25.06.2023 İqtisadiyyat
8 0
Beynəlxalq pul köçürmə xidməti göstərən Wise-ın Türkiyədən çəkiləcəyi xəbəri təkzib edilib.

Kommersant.az xəbər verir ki, United Payment tərəfindən edilən açıqlamada sosial mediada və bəzi internet saytlarında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.

Şirkətdən verilən açıqlamada aşağıdakı ifadələrə yer verildi: "22 iyun 2023-cü il tarixindən etibarən Wise Türkiyədəki yeni qaydalara görə yalnız ölkədəki iş tərzini dəyişdi. İstifadəçilər pul göndərmə və qəbul etməyə davam edə biləcəklər. 30 Avqustdan sonra Wise vasitəsilə 'multivalyuta' hesabı olmayacaq və Wise ilə hesab olmayacağı üçün balans saxlanmayacaq. Bir sözlə, Wise şəffaflığı təmin etməyə davam edir, Türkiyə istifadəçilərinə ilk günkü kimi sərfəli və sürətli beynəlxalq pul köçürmə xidməti təqdim olunur".