USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bazarda rəqabət mühiti yaransa qiymətlər aşağı düşər - Rasim İsmayılov

04.07.2023 İqtisadiyyat
10 2
Bilirik ki, pandemiya dövründə təchizat zəncirində yaranan problemlər dünyada bütün sahələrdə qiymət artımına səbəb olub. Bu da istər-istəməz dərman vasitələrinin maya dəyərinin artmasına səbəb olub. Yəni, dərman vasitələrində istifadə olunan xam malın dünya üzrə ciddi sıxıntısı var. Belə olan halda bütün dünyada qiymət artımı varsa, hansı azalmadan danışmaq olar?!

Kommersant.az Trendə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

O qeyd edib ki, qiymətlər tənzimlənən zaman bazarda rəqabət mühiti yaranacaq: “Bu da istər-istəməz qiymətin aşağı düşməsinə səbəb ola bilər. Əgər qiymətlər reallığa uyğun tənzimlənməsə, bazarda ciddi fəsadlar görə bilərik. İdxalçı şirkətlər qiymətləri onların öz biznes standartlarına uyğun qurmasa, idxalı dayandırar. Mütəmadi şəkildə idxalçılarla müəyyən dərmanların ölkəyə gətirməmələrinin səbəblərini öyrənirik. Məlum olur ki, qiymətlər real bazara uyğun olmur və ölkəyə dərman vasitələri gətirilmir”.

R.İsmayılov bildirib ki, Tarif Şurası da Səhiyyə Nazirliyinin təkliflərinə əsasən dərmanların qiymətlərinə yenidən baxır.

"Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda çox sayda dərman idxalçısı iflasa uğrasa, bazarda onların yerini tutmaq üçün növbəti şirkətlərin ayağa qalxmasına təxminən 2-3 il vaxt lazımdır. Əlaqələrin qurulması və etimada böyük vaxt sərf edəcəklər. İdxalçılarla mütəmadi görüşürük. Bildirirlər ki, sifarişləri əvvəldən, hardasa 3-6 ay əvvəl vermək lazımdır. Əminik ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər qəbul olunarsa, dərman vasitələrinin çeşidi artacaq".

  • Əvvəlki

    Türkiyədə boş evlərə vergi artımı olacaq

Digər xəbərlər