USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lirə ucuzlaşır - Türkiyə iqtisadiyyatını nə gözləyir?

18.07.2023 İqtisadiyyat
0 0
"Taxıl sazişi"nin ləğvi xəbərləri fonunda türk lirəsi rekord həddə düşüb.

Türkiyənin milli valyutası iyulun 17-də dollar və avro qarşısında tarixi minimumunu yeniləyib. İndi lirə 1 dollar 26,35, 1 avro isə 29,57 səviyyəsində ticarət olunur.

Bundan sonra lirənin taleyi necə olacaq?

Kommersant.az məsələni bank məsələləri üzrə ekspert Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov bildirib ki, lirə əvvəl-axır öz mövqelərini bərpa edəcək:

“Amma ola bilsin ki, lirə bir müddət də öz dəyərini itirsin. Bunun da səbəbləri məlumdur. Bu dəqiqə dünyada böhrandı, Türkiyənin özündə zəlzələ oldu və s. Bütün bunlar hamısı Türkiyə iqtisadiyyatına zərbə vurdu. Və əlavə olaraq da bəzi Qərb dövlətləri də Türkiyə iqtisadiyyatına qarşı müəyyən addımlar da atırlar. Son nəticədə Türkiyə iqtisadiyyatı kifayət qədər güclü və bizdən fərqli olaraq şaxalənmiş iqtisadiyyatdır. Türkiyə iqtisadiyyatının kənd təsərrüfatı, yüngül sənayəsi, turizmi var və s.

Biz isə ümidimizi yalnız neft və qazdan gələn gəlirlə bağlamışıq. Yəni gələn gəlirlərimiz dünyada neft və qazın qiymətlərindən asılıdır. Əgər qiymətlər ucuzlaşsa, bu zaman bizim iqtisadiyyatda da problem yaranır. Lakin Türkiyə dünyaya bir çox məhsul ixrac edir. Ona görə də düşünürəm ki, yaxın bir ildə Türkiyənin vəziyyəti düzələcək”.