USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sığorta bazarı niyə zəifdir? - Ekspert səbəbləri açıqlayır

18.07.2023 İqtisadiyyat
0 0
“Sığortalama ilə bağlı bizdə icbari qaydada əhalinin məlumatlılığı var. Ümumi həcmdə götürəndə vətəndaşların daha çox ümumi icbari qaydada olan sığorta sistemindən anlayışı daha çoxdur”.

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Fuad İbrahimov Azərbaycanda sığorta bazarının zəifliyi haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, bizdə hələ də sığorta institutu yoxdur, hələ də istədiyimizə nail ola bilməmişik:

“Sığorta halı baş verəndə daha çox vətəndaşın problemlə üzləşməyinin şahidi oluruq. Bundan başqa sığorta halı baş verdikdə vətəndaş sığorta agentinin dalınca düşmüş olur. Bu qayda isə əksinə olur. Bizdə rahat mühit hələ yaranmıyıb. Sığorta bazarının həcminin artması ancaq məcburiyyət qarşısında olur, azalması isə sistemdən yayınma halları hesab olunur”.

Fuad İbrahimov isə deyir ki, əslində isə belə olmamalıdır:

“Sığorta bütün sektorların stimullaşdırıcı aləti olmalıdır:

Bu sahə təhlükəsizliyini, elastikliyini qorumalıdır. Bizdə isə bu yoxdur. İcbari halda mənzillərin sığortasından başlayaraq, hər bir halda bu bazarda vətəndaşların çətinliyi yaranır. Sığorta şirkətləri daha çox qazanc uğrunda yarışa çıxır. Bu problemlərə görə vətəndaşlar sığortaya üz tutmur. Sığortalananların da əksəriyyəti icbari qaydada olan sığorta növlərindən istifadə edirlər. Məsələn, mənzillərini, maşınlarını sığorta edirlər, səyahətə gedəndə məcburi səyahət sığortası əldə edirlər. Yəni bizdə sığorta bu qaydada inkişaf edir”.

Azərbaycanda sığorta institutlarının formalaşması haqqında da danışan Fuad İbrahimov bildirib ki, bu institutların formalaşması isə icra mexanizmindən, eyni zamanda onların fəaliyyətinin araşdırılmasından, onlara olan tələbnamədən asılıdır: “Tələbnamə olmasa bu problem həll olmayacaq. Çünki bizdə hər hansı bir qanunun icra mexanizmini hərəkətə gətirməkdən ötrü məmur çalışır ki, orda gəlir mənbəyini özünə müəyyən etsin. Və o gəlir mənbəyi uğurnda mübarizə gedir. Bu mübarizənin də qurbanları vətəndaşlar olur”.

  • Əvvəlki

    Ripple məhkəməni qazandı - Bitcoin yüksəldi

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0