USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar ucuzlaşır - Manatı nə gözləyir?

21.07.2023 İqtisadiyyat
40 19
“Dolların ucuzlaşması manata birbaşa təsir etmir”.

Kommersant.az xəbər verir ki, bu sözləri bank məslələri üzrə ekspert Əkrəm Həsənov dolların ucuzlaşmasının manata göstərə biləcəyi təsir haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, Azərbaycan manatı dollara birbaşa bağlı valyuta deyil:
“Yəni bu qanunla belədir. Lakin biz bilirik ki, Mərkəzi Bank manatı dollara bağlayıb.
2017-ci ildən bu yana bizim manatın dollara nisbətdə məzənnəsi 1.70-dir və dünyada nə baş verirsə versin, dəyişmir.
Dollar dünyadakı digər valyutalara nisbətəndə bahalaşanda Azərbaycan manatı da dollara nisbətdə bahalaşır və ya əksinə olur”.

Əkrəm Həsənov bildirib ki, dolların indi ucuzlaşması hələ heç nə demək deyil:
“Dolların ucuzlaşıb bahalaşması dünyadakı iqtisadi, siyasi, sosial proseslərdən asılıdır. Ona görə bununla bağlı əvvəldən proqnoz vermək olmur.

Bizə dolların ucuzlaşmasının mənfi təsiri də var. Əgər dollar ucuzlaşırsa, bizim manatda ucuzlaşır. Biz də Avropadan nəsə alırıqsa, bu bahalaşır. Çünki avro bahalaşmış olur. Biz avro almaq üçün daha çox pul xərcləməli oluruq.
Bu o deməkdir ki, həmin müddət ərzində digər ölkələrdən alınan mal və xidmətlərin qiymtəi bizim üçün bahalaşır.
Biz də xaricə nəsə satanda dollarla satırıq. Ona görə də bunun bizim ixrac etdiyimizi məhsulların qiymətinə təsiri yoxdur”.

  • Əvvəlki

    Bu hərraclar formal xarakter daşıyır - Natiq Cəfərli

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0