ABŞ prezidenti Co Bayden Konqresdən Ukrayna üçün əlavə maliyyə yardımı istəyib.
Kommersant.az xəbər verir ki, Bayden Ukrayna üçün avadanlıq və Müdafiə Nazirliyinin ehtiyatlarının artırılması üçün təxminən 9,5 milyard dollar, hərbi, kəşfiyyat və digər müdafiə dəstəyi üçün 3,6 milyard dollar istəyib. Beləliklə, ümumilikdə ABŞ prezidenti Kiyev üçün 13,1 milyard dollar tələb etmiş olur.
Bundan əvvəl ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi hazırladığı bildirilirib. Buraya əlavə Javelin və TOW raket sistemləri, AT4 qumbaraatanları, Patriot SAM sursatları və GMLRS raketləri daxildir.