USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bütün gözlər ABŞ inflyasiyasında

13.09.2023 İqtisadiyyat
0 0
Qlobal bazarlar neft qiymətlərinin tədarük məhdudiyyətlərindən sonra davam edən narahatlığı ilə mənfi istiqamətdə getsə də, bütün diqqətlər bu gün ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarına yönəlib. Fed-in faiz qərarından əvvəl son kritik məlumat olduğu üçün çox əhəmiyyətli olan bu məlumatlarla bazarların istiqamət qazanması gözlənilir.

Bu ilin son rübündə neft kəsiri ilə qarşılaşma narahatlığı neft qiymətlərini son 10 ayın ən yüksək səviyyəsinə qaldırsa da, bu gün açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) məlumatı öncəsi investorlar arasında ehtiyatlı münasibət diqqəti çəkir.

ABŞ-ın avqust ayı inflyasiya məlumatları Türkiyə vaxtı ilə saat 15.30-da açıqlanacaq. Başlıq inflyasiyanın illik bazda 3,2 faizdən 3,6 faizə yüksəlməsi gözlənildiyi halda baza inflyasiyası ilə bağlı gələcək məlumatları bazarlar daha yaxından izləyəcək. Avqustda ABŞ-da baza inflyasiyanın aylıq 0,2 faizlə sabit qalacağı və illik bazda 4,3 faizə enəcəyi təxmin edilir. Enerji sektorunda bir müddətdir yaşanan tədarük narahatlığının açıqlanacaq inflyasiya məlumatlarına da təsir edə biləcəyi təxmin edilir.

Analitiklər ölkədə açıqlanacaq inflyasiya məlumatlarının ABŞ Federal Ehtiyat Sisteminin (FED) ilin sonuna qədər hansı addımlar atacağına dair siqnallar verə biləcəyini bildirib. Eyni zamanda hər hansı təəccüblü məlumatla bazarlarda volatilliyin artması gözlənilir.