USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran Azərbaycan və Ermənistana uçuşları bərpa etd

21.09.2023 İqtisadiyyat
0 0
Qarabağda sülhün bərpa olunmasının ardınca İran Azərbaycan və Ermənistana və əks istiqamətdə uçuşlara tətbiq etdiyi qadağanı ləğv edib.

Kommersant.az-ın məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu deyib.

C.Yazərlunun sözlərinə görə, 19 sentyabrda Qarabağda antiterror tədbirlərinin keçirilməsinin ardınca, İranın Mülki Aviasiya Təşkilatı sərnişinlərin təhlükəsizliyi məqsədilə Azərbaycan və Ermənistan və əks istiqamətdə bütün uçuşları dayandırmışdı.

Yazərlu əlavə edib ki, ötən gün bölgədə razılaşmanın əldə olunmasını nəzərə alaraq, uçuşların bərpa olunmasına qərar verilib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

  • Əvvəlki

    General-mayor işdən çıxarıldı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0