USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Brent” markalı neftin barel qiyməti artıb

02.10.2023 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 92,56 dollara satılır.

Cümə günü 96,26 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 92,20 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 10,07-də ​​bağlanış vaxtı ilə müqayisədə 0,39 faiz artaraq 92,56 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 91,20 dollara satılıb.

Qlobal neft təklifi ilə bağlı narahatlıqlar səbəbiylə ötən həftə ilin ən yüksək səviyyəsinə yüksələn neft qiymətləri, investorların mənfəət güdərək satışları səbəbiylə həftənin son günündə ucuzlaşıb. Qiymətlər həftənin ilk gününə qismən artımla başlayıb. Bu yüksəliş, artan tədarük narahatlıqları və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) çərşənbə günü keçiriləcək iclasda ilin sonuna qədər davam etdirməsi planlaşdırılan hasilat azaldılmasına heç bir dəyişiklik etməyəcəyi ilə bağlı gözləntilərdən qaynaqlanıb.

  • Əvvəlki

    Prezident İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər - CANLI

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0