USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan dördüncü könüllü milli hesabatını təqdim edəcək

15.11.2023 İqtisadiyyat
0 0
2024-cü ildə Azərbaycan dördüncü könüllü milli hesabatını təqdim edəcək.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov "Dayanıqlı maliyyə və investisiya" mövzusunda Dayanıqlı İnkişafa dair II Bakı Forumunda çıxışında deyib.

"2024-cü ildə Azərbaycan dördüncü könüllü milli hesabatını təqdim edəcək. Qeyd edim ki, dünyada dördüncü hesabatı təqdim edən və ya buna hazır olan ölkə elə də çox deyil. Bu, o deməkdir ki, Azərbaycan qlobal layihənin icrasını özünün mühüm vəzifələrindən biri hesab edir və inanıram ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Fikrimcə, bugünkü forumda ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri bugünədək Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasındakı uğurlar, eləcə də, gələcəkdə həyata keçirilməli vəzifələr barədə olduqca ətraflı fikir mübədiləsi aparırlar", - deyə o qeyd edib.

  • Əvvəlki

    "Mercedes-Benz"dən İsrailə 1 milyon dollar yardım

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0