USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlon Maskın Tesla şirkəti Türkiyədə fabrik quracaqmı?

20.11.2023 İqtisadiyyat
0 0
Milyarder iş adamı İlon Maska məxsus elektrik avtomobil nəhəngi Tesla-nın Türkiyədə fabrik quracağı ilə bağlı söz-söhbətlər Ərdoğan-Musk görüşündən sonra ortaya çıxıb. Avtomobil yazarı Emre Özpeynirci mövzu ilə bağlı diqqətçəkən bir xəbər yazıb.

Elektrik avtomobil sənayesinin lider şirkəti Tesla və onun sahibi İlon Maskla bağlı xəbərlər təkcə Türkiyədə deyil, dünya mediasında da əsas gündəm mövzusuna çevrilir.

SpaceX və X sosial media platformasının da sahibi olan Maskın sentyabr ayında Nyu Yorkda prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanla görüşməsindən sonra “Teslanın Türkiyədə fabrik quracağı” haqda şayiələr yayılıb.​

Tesla Türkiyədə neçə avtomobil satdı?

Avtomobil yazarı Emre Özpeynirci, Gazete Rüzgar-da sənaye sensasiyalarına əsaslanan xəbər köşəsində Tesla-nın Türkiyədə fabrik qurmaq planının olmadığını bildirib.

Özpeynirci onu da xatırladıb ki, 26 ildir Türkiyəyə heç bir yeni marka investisiya qoymayıb və edənlər (Honda kimi) yoxa çıxıb.

2023-cü ilin aprel ayında Model Y avtomobili ilə Türkiyəyə daxil olan Tesla bu günə qədər 10 mindən çox avtomobil təhvil verib.