USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran və Türkmənistandan milyard dollarlıq müqavilə

20.11.2023 İqtisadiyyat
0 0
Bildirilib ki, İran və Türkmənistan arasında yol tikintisi və elektrik verilişi xəttinin tikintisini əhatə edən təxminən 900 milyon dollar dəyərində əməkdaşlıq sazişi imzalanıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, noyabrın 17-18-də Türkmənistanın paytaxtı Aşqabadda İran-Türkmənistan Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının 17-ci iclası keçirilib.

İclasdan sonra iki ölkə arasında 17-ci Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının Anlaşma Memorandumu İranın yollar və şəhərsalma naziri Mehrdad Bezrpaş və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov tərəfindən imzalanıb.

İran və Türkmənistan rəsmiləri 550 milyon dollarlıq yol tikintisi və 340 milyon dollarlıq elektrik xəttinin tikintisi və avadanlıqların tədarükü üzrə ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar.

Digər tərəfdən İranın təklifi ilə iki ölkə arasında 18-ci Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının gələn ilin noyabr ayında İranda keçirilməsi qərara alınıb.

  • Əvvəlki

    İlon Maskın Tesla şirkəti Türkiyədə fabrik quracaqmı?

Digər xəbərlər

08.12.2023 İqtisadiyyat
Bu sığorta şirkəti - BAĞLANDI
0 1
08.12.2023 İqtisadiyyat
Lirə 29-a bərabərləşdi
0 0
08.12.2023 İqtisadiyyat
Neftimiz bu gün də - UCUZLAŞDI
0 0