İsrail ordusu Qəzza zolağında 6 gündür davam edən "humanitar fasilə"nin uzadıldığını açıqlayıb. HƏMAS atəşkəsin cəmi 1 gün uzadıldığını açıqlayıb.
İsrail ordusu Qəzza zolağında "humanitar fasilə"nin bitməsinə dəqiqələr qalmış bəyanat verərək, bu fasilənin uzadıldığını açıqlayıb.
Ordudan verilən yazılı açıqlamada “humanitar fasilə”nin neçə gün uzadıldığı barədə məlumat verilməyib.
Açıqlamada, “Vasitəçilərin səyləri istiqamətində, əsirlərin azad edilməsi və çərçivə (memorandum) şərtlərinə uyğun olaraq əməliyyatların dayandırılması davam etdiriləcək” deyilib.
Digər tərəfdən, HƏMAS-ın verdiyi yazılı açıqlamada "humanitar fasilə"nin bir gün uzadılmasına qərar verildiyi bildirilib.
İsrail və HƏMAS arasında vasitəçilik edən Qətər də "humanitar fasilənin" uzadıldığını təsdiqləyən açıqlama verib.