USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BVF üzv ölkələrin kvotalarını 50 faiz artırıb

19.12.2023 İqtisadiyyat
0 0
Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbərlər Şurası üzv ölkələrin kvotalarının 50 faiz artırılmasını təsdiqləyib.

BVF-dən verilən açıqlamada, idarə heyətinin dekabrın 15-də 16-cı Ümumi Kvota Baxışını tamamladığı bildirilib.

Açıqlamada üzv ölkələrin kvotalarının yüzdə 50 artırılmasının təsdiq edildiyi, bunun da ümumi kvotaların 960 milyard dollara çatdırılacağı qeyd edilib.

Açıqlamada, fondun ümumi səsvermə gücünün təxminən 93 faizini təmsil edən qubernatorların BVF İcraçı Direktorlar Şurasının təklif etdiyi 50 faizlik kvota artımının lehinə səs verdiyi və kvota artımının bu tarixdən etibarən qüvvədə olacağı ifadə edilib.

Kvota artımının məqsədini açıqladı

Bəyanatda fikirlərini əks etdirən BVF prezidenti Kristalina Georgiyeva bəyan edib ki, kvotanın artırılması fondun borc vəsaitlərindən asılılığını azaldacaq, kreditləşmə imkanlarında kvotanın əsas rolunu bərpa edəcək və Qlobal Maliyyə Mərkəzinin mərkəzində BVF-nin rolunu gücləndirəcək.