USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azad edilmiş ərazilərə yeni köçən insanlar orada səs verəcək - Məzahir Pənahov

20.12.2023 İqtisadiyyat
0 0
İşğaldan azad edilmiş ərazilərə növbədənkənar Prezident seçkilərinə qədər köçürülmə olsa, həmin insanlar orada səs verə biləcəklər.

Kommersant.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır.

“Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da, biz qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, onlar da orada səs verə bilsinlər”, - deyə o əlavə edib.