İsveç İqtisadiyyat İnstitutu (NIER) ölkə iqtisadiyyatının 2024-cü ildən etibarən yenidən, lakin daha yavaş sürətlə artacağını proqnozlaşdırıb.
NIER-in ilin son "İqtisadi Vəziyyət" Hesabatına görə, İsveç iqtisadiyyatı bu il 0,2 faiz azalacaq və 2024-cü ildə 1,0 faizlik artıma qayıdacaq. Qurumun əvvəlki proqnozu bu il üçün 0,6 faiz azalma və gələn il üçün 1,0 faiz artım idi.
NIER, artımın 2025-ci ildə 2,6 faiz olacağını və 2026-cı ildə 3,2 faizə çatacağını təxmin etdi.
Hesabatda gələcəkdə əmək bazarının zəifləyəcəyi və gələn il işsizlik səviyyəsinin 8,5 faizə yüksələcəyi bildirilib.
"İnflyasiya aşağı düşür və 2024-cü ilin ikinci yarısında Riksbank-ın inflyasiya hədəfindən açıq şəkildə aşağı olaraq qalır. Buna görə də, Riksbank gələn ilin yayından başlayaraq bir sıra faiz dərəcələrinin azaldılmasına başlayacaq", - deyə hesabatda deyilir.