USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank 2024-cü il üzrə iqtisadi artım proqnozunu açıqladı

28.12.2023 İqtisadiyyat
0 0
Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə real iqtisadi artım tempinin 3-3.5%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5.5% civarında olacağı gözlənilir.

Kommersant.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Qeyd olunub ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır.

"Növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir", - deyə Mərkəzi Bank qeyd edir.

Qeyd edək ki, 2024-cü ildə Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərdən biri də analitik təhlillər və iqtisadi modellərdə süni intellektin (AI) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.

  • Əvvəlki

    Azərbaycanın 2024-cü ildə cari əməliyyatlar hesabının proqnozlaşdırılan profisiti açıqlandı

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0