BƏT: Qlobal işsizlik səviyyəsi 2024-cü ildə 5,2 faizə yüksələ bilər.
Qlobal işsizlik səviyyəsi 2024-cü ildə 5,2 faizə yüksələ bilər. RİA Novosti bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) əmək dünyasındakı tendensiyalar haqqında illik hesabatına istinadən yazır.
2023-cü ildə qlobal işsizlik 5,1 faiz təşkil edib (2022-ci ilin eyni göstəricisi ilə müqayisədə mənfi 0,2 faiz). Bununla belə, təşkilat əmək bazarında vəziyyətin pisləşəcəyini proqnozlaşdırır - 2024-cü ildə daha iki milyon insan iş axtaracaq.