USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qırmızı dənizdəki böhran səbəbindən Avropa iqtisadiyyatı üçün proqnozlaşdırılan problemlər

16.01.2024 İqtisadiyyat
0 0
Avropa komissarı Gentiloni: Husilərin atəşə tutması Aİ-də inflyasiyanın artmasına səbəb ola bilər. ​

Yəmənin Husi üsyançıları Ənsar Allah silahlı qruplaşmasının ticarət gəmilərinə raket hücumlarının artması nəticəsində Qırmızı dənizdəki böhran Avropa İttifaqının (Aİ) iqtisadiyyatı üçün problemlərə səbəb ola bilər. “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu iqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni deyib.

Rəsminin aydınlaşdırdığı kimi, söhbət Aİ ölkələrində inflyasiyanın sürətlənməsi və Avropa regionunda enerji resurslarının bahalaşması risklərindən gedir. Eyni zamanda, Aİ dövlətləri “yaxın həftələrdə” Qırmızı dənizdəki böhranın mənfi nəticələri ilə üzləşə bilər. Bununla belə, hazırda bu risklər hələ tam şəkildə özünü göstərməyib, Gentiloni izah edib.