USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB”nin əməliyyat mənfəəti artıb

16.01.2024 Bank
0 0
“Bank VTB”nin faiz gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 31 min manat artaraq 26 milyon 949 min manata yüksəlib. Bankın faiz xərcləri 933 min manat azalaraq 6 milyon 828 min manata enib. Buna görə də “Bank VTB” 18 milyon 939 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 2 milyon 626 min manat çoxdur.

Kommersant.az xəbər verir ki, qeyri-faiz gəliri 6 milyon 289 min manat azalaraq 8 milyon 23 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 348 min manat azalaraq 23 milyon 360 min manata enib. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 1 milyon 685 min manat artaraq 3 milyon 602 min manat olub.

“Bank VTB”nin xalis mənfəəti 1 milyon 296 min manat azalaraq 10 milyon 608 min manata düşüb.