USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple, Amazon və Meta-nın gəlirləri artıb

02.02.2024 İqtisadiyyat
0 0
ABŞ-ın texnologiya nəhəngləri arasında Apple-ın gəliri 2 faiz, Meta-nın gəliri 25 faiz, Amazon-un gəliri isə 14 faiz artıb.

Apple, 2024-cü maliyyə ilinin birinci rübü hesab etdiyi 30 dekabr 2023-cü ildə bitən üç aylıq dövr üçün balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 2 artaraq 119,6 milyard dollara çatıb. Şirkətin ötən ilin eyni dövründə 117,1 milyard dollar gəliri var idi.

Şirkətin gəliri 118 milyard dollarlıq bazar gözləntilərini üstələyib və bu, bir ildə ilk artımını qeyd edib.

Digər tərəfdən, şirkətin əhəmiyyətli bazarlarından biri olan Çində satışlar yüzdə 13 azalıb. Apple-ın xidmət gəlirləri 23,1 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Apple-ın xalis mənfəəti ötən ilin son üç ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 13 artaraq 33,9 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründə təxminən 30 milyard dollar olaraq qeydə alınıb.

Şirkətin səhm üzrə mənfəəti də sözügedən dövrdə 1,88 dollardan 2,18 dollara yüksəlib.

iPhone və Mac satışları artıb, iPad satışları azalıb

Bu dövrdə Apple-ın smartfon və kompüter satışları artarkən, planşet satışları azalıb.

2023-cü ilin oktyabr-dekabr dövründə iPhone satışlarının həcmi bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz artaraq 69,7 milyard dollara çatıb.

Eyni dövrdə Mac satışları 0,6 faiz artaraq 7,8 milyard dollara, iPad satışları isə 11 faiz azalaraq 7 milyard dollara düşüb.

  • Əvvəlki

    Daha bir NATO ölkəsi Rusiya ilə müharibə təhlükəsi barədə düşünməyə çağırıb

Digər xəbərlər

17.06.2025 İqtisadiyyat
Lirə uçuruma doğru gedir
0 0
17.06.2025 İqtisadiyyat
Lirə bu gün də ucuzlaşdı
0 0
17.06.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0