Avropa Qərbi Trakya Türk Federasiyasının (ABTTF) Beynəlxalq Əlaqələr Direktoru Mələk Kırmacı Arık Birləşmiş Millətlər Təşkilatının (BMT) sessiyasında Qərbi Trakya türk icmasının yaşadığı problemləri dilə gətirib.
Avropa Qərbi Trakya Türk Federasiyasının (ABTTF) Beynəlxalq Əlaqələr Direktoru Mələk Kırmacı Arık Birləşmiş Millətlər Təşkilatının (BMT) sessiyasında Qərbi Trakya türk icmasının yaşadığı problemləri dilə gətirib. Arık İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinin (CEDAW) 87-ci sessiyasına qatılıb.
Sessiyada çıxış edən Arık, Qərbi Trakya türk icmasının dini muxtariyyət, birləşmə azadlığı və qadınların ədalətə çıxışı ilə bağlı problemlərindən danışıb.
Yunanıstanın Qərbi Trakya türk icmasının türk kimliyini inkar etdiyini və adlarında “türk” sözü olan dərnəkləri bağladığını xatırladan Arık, yeni qurulan dərnəklərin qeydiyyat müraciətlərinin də rədd edildiyini bildirib.
Yunanıstanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Qərbi Trakyada Rodop Əyaləti Türk Qadınları Kültür Dərnəyi də daxil olmaqla 3 Türk dərnəyi ilə bağlı qərarlarını 16 ildir icra etmədiyini vurğulayan Arık, İskeçe vilayəti Türk Qadınları Kültür Təşkilatının qeydiyyat müraciətini qeyd edib. Dərnək 2017-ci ildən Yunanıstan ərazisindədir. O, bunun hakimiyyət tərəfindən rədd edildiyini bildirib.
Arık bu qadağaların bölgədə yaşayan türk qadınlarının mədəni və sosial inkişafına mane olduğunu vurğulayıb.