USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uber 178 milyon dollar təzminat ödəyəcək

18.03.2024 İqtisadiyyat
0 0
Avstraliyada açılan iddiada Uber taksi sürücülərinə 178 milyon dollar təzminat ödəməyə məcbur edilib.

Ölkədə taksi və şəxsi avtomobil sürücüsü kimi çalışan 8 mindən çox insanı təmsil edən vəkillər 2019-cu ildə Uber-ə qarşı açılan məhkəmə iddiası ilə bağlı məlumat veriblər.

Uberin ölkə bazarına girməsindən sonra taksi sürücülərinin və şəxsi avtomobil sürücülərinin iqtisadi itkilərə məruz qaldığını bildirən hüquqşünaslar, şirkətin bu itkiləri uzun müddət kompensasiya etməkdən yayındığını, lakin nəhayət bir uzlaşma əldə edildiyini bildiriblər.

Müvafiq olaraq, Uber təqribən 178 milyon dollar (272 milyon ABŞ dolları) təzminat ödəməyə razı oldu. Razılaşdırılmış məbləğin ödənilməsi üçün Ali Məhkəmənin razılığı tələb olunur.

2019-cu ildə taksi sürücülərinə və şəxsi avtomobil sürücülərinə qarşı qeyri-qanuni və haqsız rəqabət apardığı üçün Uber-ə qarşı iddia qaldırılıb.

  • Əvvəlki

    Neftin qiyməti artmaqda davam edir

Digər xəbərlər