USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Visa və Mastercard razılaşdı: Kredit kartı haqları məhdud olacaq

27.03.2024 İqtisadiyyat
0 0
Məlumata görə, Visa və Mastercard kredit kartı haqlarını məhdudlaşdırmaq üçün 30 milyard dollarlıq razılaşma əldə ediblər.

ABŞ-da fəaliyyət göstərən maliyyə xidmətləri şirkətləri Visa və Mastercard, ABŞ-da kredit və debet kartı haqlarını məhdudlaşdıracaq və pərakəndə satış şirkətlərinə təqribən 30 milyard dollar qənaət edəcək antiinhisar razılaşması əldə ediblər.

Visa tərəfindən edilən açıqlamada, təxminən 20 il davam edən məhkəmə çəkişmələrindən sonra şirkətin yüzdə 90-dan çoxu kiçik biznes olan pərakəndə satıcılarla kredit və debet kartı haqlarının azaldılması və rüsumların məhdudlaşdırılması ilə bağlı mühüm razılaşma əldə edildiyi ifadə edildi.

Mastercard-dan verilən açıqlamada şirkətin pərakəndə satış şirkətləri ilə kredit kartı haqlarının minimum 5 il azaldılması üçün razılığa gəldiyi qeyd edilib.

ABŞ mətbuatında yer alan xəbərlərdə deyilir ki, saziş pərakəndə satışçılara beş il ərzində təqribən 30 milyard dollar qənaət edəcək.

Əgər antiinhisar müqaviləsi məhkəmə tərəfindən təsdiqlənərsə, 2005-ci ildə ölkə üzrə qaldırılan iddiaların əksəriyyəti öz həllini tapacaq.

  • Əvvəlki

    Çindəki sənaye şirkətləri gəlirliliklərini artırdı

Digər xəbərlər