Avropa İttifaqında (Aİ) saatlıq əmək haqqı keçən il 5,3 faiz artaraq 31,8 avroya çatıb.
Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ildə Aİ ölkələrində saatlıq əmək xərclərinə dair məlumatlarını dərc edib.
Məlumata görə, Avrozonada saatlıq əmək haqqı keçən il 2022-ci ilə nisbətən 4,8 faiz artıb. Aİ-nin 27 üzv ölkəsində saatbaşı əmək haqqı keçən il əvvəlki ilə nisbətən 5,3 faiz artıb.
Beləliklə, 2023-cü ildə orta saatlıq əmək haqqı Aİ-də 31,8 avro, Avrozonada isə 35,6 avro müəyyən edilib.
Ötən il Aİ ölkələri arasında saatlıq əmək haqqı 9 avro ilə 53,9 avro arasında dəyişib.
Aİ ölkələri arasında ən yüksək əmək haqqı 53,9 avro ilə Lüksemburqda olub. Danimarkada saatlıq əmək haqqı 48,1 avro, Belçikada 47,1 avro təşkil edib.