USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple taxt-tacını Samsung-a uduzdu

15.04.2024 İqtisadiyyat
0 0
Beynəlxalq Məlumat Korporasiyasının (IDC) məlumatına görə, 2024-cü ilin birinci rübündə qlobal əsasda smartfon tədarükü artıb. Apple-ın qlobal iPhone tədarükləri 9,6 faizlə pandemiya dövründən bəri ən böyük azalma qeydə alıb. iPhone tədarükünün azalması Çin smartfon istehsalçılarının yüksəlişi ilə bağlı olub. Apple bazar payını Cənubi Koreyalı Samsung-a məğlub olub.

IDC məlumatlarına görə, 2024-cü ilin ilk 3 ayında iPhone satışı 50,1 milyona çatıb. Bloomberg sorğusunda gözlənti 51,7 milyon idi. İllik bazda iPhone tədarükü 9,6 faiz azalıb. Bu, tədarük zəncirində problemlərin baş verdiyi 2022-ci ildə pandemiya dövründən bəri ən böyük azalma kimi qeydə alınıb.

“Huawei” və “Xiaomi” kimi Çinli rəqiblərin yüksəlişi və Pekin hökumətinin dövlət qurumlarında “iPhone” telefonlarından istifadəni qadağan etməsi iPhone tədarüklərinin azalmasında təsirli olub.

Ən böyük bazar payı Samsung-a məxsusdur

Qlobal mobil bazar bir çox illərin ən böyük artım göstəricisini qeyd etdi. Eyni dövrdə smartfon istehsalçılarının tədarükləri 7,8 faiz artaraq 289,4 milyon ədəd təşkil edib. Samsung yüzdə 20,8 ilə satışlarda ən böyük bazar payını aldı. Apple 17,3 faiz bazar payı ilə ikinci, Çinli Xiaomi isə 14,1 faizlə üçüncü yerdədir.

Bloomberg HT-də yer alan xəbərə görə, bu il S24 seriyasını təqdim edən Samsung-un tədarükləri 60 milyon ədədi keçib.

IDC Araşdırma Direktoru Nəbilə Popal birinci rübdə iPhone tədarüklərinin azalmasında artan rəqabətin təsirli olduğunu ifadə edərək, "Bu il bazarlarda canlanma davam etdiyi üçün Android-in bazar payını Apple-dan daha çox artıracağını gözləyirik" dedi.

  • Əvvəlki

    Meta qərar verdi: Türkiyədə müvəqqəti bağlanır

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0