USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ İrana qarşı yeni sanksiyaların tətbiqinə icazə verib

15.04.2024 İqtisadiyyat
0 0
Stano: Aİ xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirəcəklər.

Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin qarşıdan gələn iclasında nazirlər İsrailə qarşı hücuma cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirəcəklər. RİA Novosti xəbər verir ki, bu barədə icmanın xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

“Xarici işlər nazirlərinin görüşündə gələcək addımlar məsələsi müzakirə olunacaq ki, bu da Avropa İttifaqı və üzv ölkələrin İranın eskalasiyasına reaksiyası olacaq”, - deyə Stano bildirib.

O əlavə edib ki, İran nümayəndələri artıq Aİ-nin sanksiyaları altındadır və Avropa Komissiyası məxfiliyinə görə sanksiyaların hazırlanması prosesini şərh etməyəcək.

Bundan əvvəl məlum olub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında İsrailə hücumla bağlı İrana qarşı sanksiyaların tətbiqinə dair qanun layihələri də müzakirə olunacaq.