USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft hasilatı stabilləşib?

16.04.2024 İqtisadiyyat
0 0
Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub. Belə ki, əmtəəlik neft hasilatı 6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib.

"Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlarla bağlıdır. Belə ki, daha çox qaz hasilatı daha çox ixrac deməkdir. Bu, fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır.

Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşür. Yəni sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq.

Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı, “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir", - deyə V.Bayramov bildirib.

  • Əvvəlki

    Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0