USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya səfiri: “ABŞ türk şirkətlərinə terror edir”

16.04.2024 İqtisadiyyat
0 0
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov ABŞ və Aİ-ni Rusiya ilə Türkiyə arasında münasibətlərə “xırdalamağa” çalışmaqda ittiham edib. Moskva ilə Ankara arasında “qaynar xətt”in olduğunu deyən Yerhov türk banklarının “həddindən artıq uyğunluq” metodunu tətbiq etdiyini bildirib.

Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov Rusiya-Türkiyə münasibətlərinin Qərbin müdaxiləsinə məruz qaldığını Rusiya mətbuatına şərh edib.

Rusiyanın “Ria Novosti” xəbər agentliyinə açıqlama verən Yerhov bildirib ki, ABŞ və Avropa İttifaqı təkcə Rusiya ilə Türkiyə arasında razılaşmalara maneçilik törətmir, həm də iki ölkə arasında bütün ikitərəfli münasibətləri “xırdalamağa” çalışır.

Yerhov ABŞ-ın Rusiya ilə işləyən türk şirkətlərini “terrorladığını” və Vaşinqtonun bu şirkətlərə təzyiqinin dövlətlərarası ünsiyyət normalarına zidd olduğunu bəyan edib.

Rusiya səfiri Rusiyadan Türkiyəyə ödəniş köçürmələri ilə bağlı problemin bir çox aspektlərdə davam etdiyini və bunun həlli üçün səylərin davam etdiyini bildirib.

“Türkiyə bankları həddindən artıq uyğunluq metodu tətbiq edir”

"Türkiyə bankları "həddindən artıq uyğunluq" adlanan üsul tətbiq edirlər. Yəni xarici iqtisadi fəaliyyət subyektlərindən təkrar sığortalamağa, əlavə sənəd və materiallar tələb etməyə çalışırlar ki, bu da təbii ki, prosesi çətinləşdirir və uzadır. Nəticədə bəzi köçürmələr sual işarəsi yaradır, bəziləri isə diqqətdən kənarda qalır".

Rusiya şirkətlərinə müraciət edən Yerhov, "Ödəniş sahəsində ciddi problemləriniz varsa, Ankaradakı Ticarət Nümayəndəmizə bildirin. Orada bir növ "qaynar xətt" fəaliyyət göstərir, mütəxəssislərlə danışın. İstənilən işdə sizə kömək edəcəyik" deyib.