USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran prezidentinin İsraillə bağlı açıqlaması

16.04.2024 Siyasət
0 0
Dünya İran-İsrail gərginliyində növbəti addımı səbirsizliklə gözləyir. İran prezidenti Rəisi İsrailin əks hücuma keçəcəyi təqdirdə ölkəsinin cavab verəcəyini bildirib. Raiisi deyib: Əgər hər hansı bir səhv olarsa, sionistlər və onların havadarları İranın real və hərtərəfli cavabının mənasını anlayacaqlar.

İran prezidenti İbrahim Rəisi İsrail və onun havadarlarının İrana qarşı hər hansı hərəkətinə əvvəlkindən daha böyük və əhatəli şəkildə cavab verəcəklərini bildirib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Livan Şiələrinin Ali İslam Şurası sədrinin müavini Şeyx Əli Xətibi paytaxt Tehranda qəbul edən Rəisi İran və İsrail arasındakı gərginliyə toxunub.

Rəisi aprelin 13-də ölkəsinin İsrailə hücumunu “yalnız sionist rejimin şərlərinə qarşı bir cəza tədbiri” kimi xarakterizə edərək, “Hər hansı bir səhv olarsa, sionistlər və onların havadarları İranın real və hərtərəfli reaksiyasının mənasını anlayacaqlar" şəklində şərh edib.

İranla İsrail arasında nə baş verir?

İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

İran bəyan etmişdi ki, İsrailin konsulluğuna hücum onun ölkə ərazisinə hücum deməkdir və onlar cavab verəcəklər. İsrail İranın hücumuna cavab verəcəyini bəyan etmişdi.

İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib.

İran bəzi hədəflərin vurulduğunu, İsrail isə hücumların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri ilə qarşısı alındığını açıqlasa da, raket cənubdakı hərbi bazaya düşüb.

İsrail mətbuatı iddia edib ki, Təl-Əviv rəhbərliyi İranın hava hücumuna “aydın və təsirli” cavab vermək qərarına gəlib.