USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Teslanın mənfəəti birinci rübdə 55 faiz azalıb

24.04.2024 İqtisadiyyat
0 0
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın xalis mənfəəti qlobal satışların azalması və qiymətlərin ucuzlaşmasının təsiri ilə bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 55 faiz azalıb.

Tesla bu ilin birinci rübü üçün balans hesabatını açıqladı. Buna görə şirkətin gəliri ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 9 azalaraq 21,3 milyard dollara düşüb. Tesla 2023-cü ilin birinci rübündə 23,3 milyard dollar gəlir əldə edib.

Artan rəqabət və elektriklə işləyən avtomobillərə tələbin azalması səbəbindən azalan şirkətin gəliri sözügedən dövrdə bazar gözləntilərinin altında olub.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 55 azalaraq 1,1 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 2,5 milyard dollar olub.

İstehsalın və çatdırılmanın azalması

Tesla 2024-cü ilin birinci rübündə dünya üzrə 433 min 371 avtomobil istehsal etdiyi halda, 386 min 810 avtomobil tədarük edib.

Şirkətin avtomobil istehsalı bu dövrdə illik bazda 2 faiz, təhvil verilən avtomobillərin sayı isə 9 faiz azalıb.

  • Əvvəlki

    Qanun layihəsi qəbul edilib: TikTok satılmasa, qadağan ediləcək - `1

Digər xəbərlər